Menu

Bakının Nizami küçəsində daha üç obyekt bağlandı

15.11.2015, 20:29
Bakının Nizami küçəsində daha üç obyekt bağlandı

Bakının Nizami küçəsində daha üç obyekt bağlanıb.Musavat.com-un məlumatına görə, bağlanan obyeklərdən biri əvvəllər kafe, digər ikisi isə mağaza kimi fəaliyyət göstərib. Onu da qeyd edək ki, son günlər Bakının müxtəlif yerlərində bu kimi çoxsaylı obyektlər fəaliyyətlərini dayandırıblar. Obyektlərin sahibləri bildirirlər ki, alıcı az, icarə və digər əlavə  xərclər çox olduğu üçün onlar işləyə bilmirlər.

Sahibkalar onu da qeyd edirlər ki, fevral ayında manatın dollara nisbətdə ucuzlaşması, onların işlərinə zərbə vuran ən böyük amillərdəndir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol