Menu

Millimiz qalib gəlsə də, qrupdan çıxa bilmədi

15.11.2015, 20:32
Millimiz qalib gəlsə də, qrupdan çıxa bilmədi

Bu gün 19 yaşadək futbolçular arasında AVRO-2016-nın seçmə mərhələsinin V qrupunda son turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Bakıda baş tutan qrup matçları çərçivəsində 2 qarşılaşma baş tutub.

Nazim Süleymanovun yetirmələri qrupdakı son oyununda Bosniya və Hersoqovinadan olan həmyaşıdları ilə oynayıblar. Bundan əvvəlki hər iki matçını uduzan millilərimiz növbəti mərhələyə çıxmaq üçün həm qələbə qazanmalı, həm də qrupun digər matçında Türkiyənin məğlub olmasını gözləməli idi. Ancaq yığma komandamız qalib gəlsə də, digər matçda Türkiyənin möhtəşəm geridönüşü bizimkilərin qrupdan çıxmaq arzularının üstündən xətt çəkib.

Eyni vaxtda start verilən digər oyununda isə qrup lideri Ukrayna Türkiyə millisi ilə qarşılaşıb. Matçın gedişində 0:3 hesabı ilə geri düşən qardaş ölkə ikinci hissədə toparlanaraq 4:3 hesabı ilə qələbə qazanıb və elit raunda yüksəlib.

AVRO-2016-nın seçmə mərhələsi

V qrup

III tur

15 noyabr

Azərbaycan - Bosniya və Hersoqovina - 1:0

Qol: Bəhlul Mustafazadə, 41

Ukrayna - Türkiyə - 3:4

Qollar: Şved, 3, Şecebetun, 15, Pikalonok, 29 - Abdurrahman Canlı, 49, Cengiz Ünder, 70 (pen.), Berkay Özcan, 76, Muhammet Beşir, 86

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol