Menu

Türkiyə quru qoşunları komandanı Azərbaycana gəlir

16.11.2015, 13:31
Türkiyə quru qoşunları komandanı Azərbaycana gəlir

Türkiyənin quru qoşunların komandanı, ordu generalı Salih Zeki Çolak Azərbaycana səfər edəcək.

Bakıya bu gün gələcək qonaq noyabrın 17-dən rəsmi görüşlərə başlayacaq.

Üç gün davam edəcək səfər zamanı S.Z.Çolak Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və bir sıra digər rəsmiləri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, S.Z.Çolak Türkiyənin quru qoşunların komandanı vəzifəsinə avqustun 5-də təyin olunub.(Report.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol