Menu

Türkiyənin Quru Qoşunları komandanı Azərbaycanda

17.11.2015, 10:58
Türkiyənin Quru Qoşunları komandanı Azərbaycanda

Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zəki Çolakın Azərbaycana səfəri başlayıb.

"Report" xəbər verir ki, S.F.Çolak əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib.

Quru Qoşunları komandanı Türk Şəhidliyini və Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub.

Qeyd edək ki, səfər zamanı S.F.Çolak Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi, eləcə də digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Bundan əlavə, o, bir neçə hərbi hissəyə də baş çəkəcək.

Səfər noyabrın 20-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol