“Sədərək” Ticarət Mərkəzinin mətbuat xidməti mərkəzdə insident baş verməsi ilə bağlı yayılan xəbərlərə dair açıqlama yayıb.
APA-ya daxil olan açıqlamada bildirilir ki, bu gün bəzi kütləvi informasiya vasitələrində “Sədərək” Ticarət Mərkəzində ölüm hadisəsinin baş verməsi ilə bağlı yanlış məlumat yayılıb: “Bildiririk ki, 2015-ci il noyabrın 16-da “Sədərək” Ticarət Mərkəzinin Elit korpusunda daxili nizam-intizam qaydalarını pozduğuna görə vətəndaşla ictimai asayişi təmin edən polis əməkdaşları arasında insident yaşanıb. Nəticədə insidentə səbəbkar olan şəxs saxlanılaraq, polis bölməsinə aparılıb. Hadisə zamanı ölüm faktının qeydə alınması ilə bağlı yayılmış məlumat həqiqətə uyğun deyil”.
* * *
Bu gün səhər saatlarında “Sədərək” ticarət mərkəzində qanlı olay baş verib.
“Qafqazinfo” ya daxil olan məlumata görə, ticarət mərkəzinin “Elit” bölməsində müştəri ilə bazarın iki mühafizəçisi arasındakı mübahisə ölümlə nəticələnib. Belə ki, səhər saatlarında “Sədərək “ ticarət mərkəzinin müdiri Yusif Qədimovun oğlu Mehman Qədimov iki mühafizəçi ilə birgə bazarda gəzirmiş. Bu zaman bir müştərinin siqaret çəkdiyini görən M. Qədimov ona burada siqaret çəkməyin qadağan olduğunu deyib.
Xəbərdarlıqdan sonra müştəri siqareti söndürərək yerə atıb. Mühafizəçilər isə siqareti yerdən götürüb zibil qutusuna atmağı ondan istədikdə isə tərəflər arasında mübahisə yaranıb. Bu zaman müştəri corabında gizlətdiyi bıçağı ilə mühafizəçinin birini yaralıyıb, o birini isə öldürüb.
Hadisə yerinə gələn polislər müştərini həbs ediblər.


Şərhlər