Menu

Əhali faizlərin ödənilməsinə təxminən 1 mlrd. manat xərcləyib

17.11.2015, 15:43
Əhali faizlərin ödənilməsinə təxminən 1 mlrd. manat xərcləyib

2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 5,7% artaraq 33,5 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 4,4% artaraq ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0,7 faiz bəndi üstələyib.

Hesabat dövründə gəlirlərin 76,3%-i son istehlaka, 9,3%-i vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 11,5%-i faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Başqa sözlə, bu ilin 9 ayında 971,5 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə yönəlib.

Əhalinin sərəncamda qalan gəlirləri 30,4 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,7% çox olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol