Menu

Bakıda “Land Cruiser” dəhşətli qəza törətdi: ölənlər var

19.11.2015, 12:26
Bakıda “Land Cruiser” dəhşətli qəza törətdi: ölənlər var

Hər iki piyada hadisə yerində keçinib

Bakıda dəhşətli yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, noyabrın 18-də saat 22 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi «Toyota Land Cruiser» markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub. Nəticədə hər iki piyada aldıqları xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Xəzər RPİ-də araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol