Ermənistan prezidenti Serj Sarqsyan ölkəsinin işğal etdiyi Dağlıq Qarabağ zonasına gedib.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı erməni prezidentin mətbuat xidməti məlumat yayıb.
O bundan əvvəl müdafiə naziri Seyran Ohanyanın müşayiəti ilə ölkə sərhədinin şimal-şərq hissəsində yerləşən müdafiə obyektlərinə baş çəkib, qoşunların döyüş hazırlığı ilə tanış olub.


Şərhlər