Menu

Silahlılar mehmanxananı ələ keçirib, 170 nəfər girov götürülüb

20.11.2015, 14:42
Silahlılar mehmanxananı ələ keçirib, 170 nəfər girov götürülüb

Malinin paytaxtı Bamako şəhərində "Radisson Blue" mehmanxanasına basqın edən silahlılar oradakı insanları girov götürüblər.

"Report" xəbər verir ki, bu haqda "Sky News Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, basqın edilən zaman mehmanxanada 170 nəfər var.

Hüquq-mühafizə orqanları girovları azad etmək üçün əməliyyata başlayıblar. İlkin informasiyaya əsasən, əməliyyat zamanı 3 nəfər silahlı öldürülüb.

Xəbərdə bildirilib ki, silahlılar mehmanxanaya diplomatik dövlət nömrə nişanlı avtomobillə gediblər. Lakin bu məlumat rəsmi formada təsdiqlənməyib.

Hazırda atışma davam edir. Polis mehmanxananın yerləşdiyi ərazini mühasirəyə alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol