Menu

"Azəriqaz" Kürdəmirdə hər kəsi borclu çıxardı - NARAZILIQ

23.11.2015, 17:56
"Azəriqaz" Kürdəmirdə hər kəsi borclu çıxardı - NARAZILIQ

“Azəriqaz”ın Ağsu Regional İdarəsinin ərazisi üzrə vətəndaşların adına külli miqdarda debitor borc yazılıb. Kürdəmir rayonunda az qala bütün abonentlərin adına borc yazılıb. Borcların yazıldığı aylar üzrə vətəndaşların əlində ödəmə qəbzləri olsa da, Regional İdarə borcun necə yarandığını əsaslandıra bilmir.

Bununla bağlı Kürdəmir sakinləri başda ölkə prezidenti İlham Əliyev olmaqla, bir neçə ünvana müraciət göndərib. Müraciətə imza atanlar qeyd edirlər ki, kimlərsə vətəndaşlardan yığılan qaz pulunu mənimsəyib və ya işlətdiyi mavi yanacağın haqqını ödəməyib. Bunun əziyyətini isə sıravi vətəndaşlar çəkir. Demək olar ki, bütün abonentlərə “Azəriqaz”a 50-200 manat arasında debitor borcu olduğu haqda xəbərdarlıq edilib. Amma borcun necə yarandığı izah edilmir. Hər ay qaz pulunu ödəyən vətəndaşların əlində bunu təsdiq edən qəbz var. Narazılıq edən vətəndaşlara Ağsu Regional İdarəsində "yazılan borc elə-belə şeydir, ödəməyin" deyirlər. Amma ödəmə məntəqələrində vətəndaşların adına yazılan qanunsuz borclar aktiv olaraq qalır.

Qeyd edək ki, bir müddət öncə Ağsu Regional İdarəsinin balansında olan Göyçayda da abonentlər eyni problemlə bağlı etiraza qalxmışdılar. Etirazçılar bildirirdilər ki, vaxtlı-vaxtında istifadə etdikləri təbii qazın dəyərini tam ödəmələrinə baxmayaraq, onların hesablarına debitor borcları yazılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol