Menu

Ərdoğanın Rusiya səfəri müzakirə olunur

24.11.2015, 19:40
Ərdoğanın Rusiya səfəri müzakirə olunur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya planlaşdırılan səfəri ləğv edilə bilər.

Bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, hazırda bu məsələ müzakirə mərhələsindədir.

Administrasiyadan deyiblər ki, Türkiyə Prezidentinin Rusiyaya səfəri dekabrın 15-nə planlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq Türkiyəyə noyabrın 25-nə planlaşdırılan səfərindən imtina edib.

Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Təyyarə Suriya ərazisinə düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol