Menu

"Rus təyyarəsini vurun əmrini şəxsən mən vermişəm" - VİDEO

25.11.2015, 17:21
"Rus təyyarəsini vurun əmrini şəxsən mən vermişəm" - VİDEO

“Sərhəddimizi pozan Rusiyaya məxsus qırıcı təyyarənin vurulması əmrini şəxsən mən vermişəm”.

Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Baş nazir bildirib ki, bu əmri verməsinə səbəb qırıcıların sərhəddi pozmamaları ilə bağlı verilən xəbərdarlıqlara əhəmiyyət verməməsi olub.

“Hava sərhədlərimizin pozulması zamanı ata biləcəyimiz addımlar bütün dünyaya bəllidir. Bunu Rusiya tərəfi də bilir. Ancaq əməl etmədi. Hava sərhədlərimizin rus qırıcıları tərəfindən pozulması təhdid hesab olunduğundan lazımı addımı atmışıq. Rusiyaya məxsus qırıcı təyyarənin vurulması əmrini isə şəxsən mən vermişəm” - deyə Ə.Davudoğlu vurğulayıb. /virtualaz.org

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol