Menu

Nardaranda həlak olan polis kimdir? - Foto, Video

27.11.2015, 09:43
Nardaranda həlak olan polis kimdir? - Foto, Video

Nardarandakı toqquşmada həlak olan polisin kimliyi məlum olub.

Femida.az-ın məlumatına görə, vəfat edən polis serjantı, 1975-ci il təvəllüdlü Vüqar Nəsibovdur.

O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. Vüqar Nəsibov evli olub, iki övladı var.

Mərhum polis əməkdaşı bu gün II Fəxri xiyabanda dəfn ediləcək.

Dünyasını dəyişən Vüqar Nəsibov idmanın kikboksinq növü üzrə dəfələrlə çempion olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol