Menu

Türkiyə bayrağı yandırıldı - FOTO

27.11.2015, 18:38
Türkiyə bayrağı yandırıldı - FOTO

Yunanlar Rusiyanın Su-24 hərbi təyyarəsinin vurulmasına etiraz olaraq Türkiyə və ABŞ-ınbayrağını yandırıblar.

Ans press-in məlumatına görə, onlar öz etiraz aksiyalarında NATO-nu da tənqid edərək ölkənin ittifaqdan çıxmasını tələb edən vərəqlər paylayıblar.

Təxminən 100-ə yaxın yunan paytaxt Afinada Sintaqma meydanında (Konstitutsiya meydanı) toplaşaraq Türkiyə səfirliyinə doğru yürüş edib. Polis etirazçıları səfirlikdən 300 metr aralıda saxlayıb.

Bu zaman baş verən qeyri-adi təsadüf etirazçıların da diqqətini çəkib. Belə ki, onlar səfirlikdən 300 metr aralıda - yunan pilotlarının xatirəsinə qoyulan abidənin yanında saxlanılıblar.

Həmin pilotlar 1996-cı ildə Türkiyə Hava Qüvvələri ilə aralarında baş verən münaqişə zamanı həlak olduğundan etirazçılardan biri "simvolikdir!" deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol