Menu

Azərbaycan prezidenti Belarusa rəsmi səfərə gedib

28.11.2015, 08:57
Azərbaycan prezidenti Belarusa rəsmi səfərə gedib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Belarusa rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim edib. Azərbaycan prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol