Menu

"Rusiya təyyarəsi hava sərhədimizi pozdu" - İsrailin müdafiə naziri

29.11.2015, 20:04
"Rusiya təyyarəsi hava sərhədimizi pozdu" - İsrailin müdafiə naziri

İsrail müdafiə naziri açıqlama verib.Musavat.com xəbər verir ki, bu barədə məlumat İsrailin "Haaretz" qəzetində yer alıb.Məlumata görə, İsrail müdafiə naziri Moşe Yalon Rusiyaya aid qırıcı təyyarənin ölkələrinin hava sərhədini pozduğunu bildirib.

Onun sözlərinə görə, rus qırıcı təyyarəsi 1.6 kilometr keçərək İsrail hava ərazisinə daxil olub.

Nazirin bildirdiyinə görə, onlar pilota 3 dəfə xəbərdarlıq ediblər.

Bundan sonra təyyarə İsrail hava ərazisini tərk edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol