Menu

Azərbaycanın xarici işlər naziri NATO iclasında iştirak edəcək

30.11.2015, 10:15
Azərbaycanın xarici işlər naziri NATO iclasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında keçiriləcək xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. "Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, görüş dekabrın 1-2-də Brüsseldə baş tutacaq.

İclasa NATO baş katibi Yens Stoltenberq rəhbərlik edəcək.

Qeyd edək ki, Azərbaycan NATO-nun tərəfdaş ölkəsi, Əfqanıstandakı ISAF missiyasının iştirakçısıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol