Menu

“Sağlam Yaşa” Zaqatalada tədbir keçirib - Fotolar

30.11.2015, 14:28
“Sağlam Yaşa” Zaqatalada tədbir keçirib - Fotolar

“Sağlam Yaşa” Gənclərin Maarifləndiriliməsi İcitmai Birliyi 26 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Zaqatala rayonunda “İctimai nəqliyyatda, parklarda və insanların ümumi istifadəsində olan digər yerlərdə ictimai davranış qaydalarına dair əhalinin maarifləndirilməsi”mövzusunda tədbir keçirib.

Akademik Zərifə Əliyeva adına litseydə keçirilən tədbirdə şagirdlər böyük ruh yüksəkliyi ilə və həvəslə mövzu ətrafında dinləmələrə qatılıblar. Tədbirdə Zaqatala rayon Təhsil şöbəsinin əməkdaşı Günəş Əsgərova, məktəbin psixoloqu Pərvanə Məhərrəmova, Rayon Gənclər İdarəsinin rəis müavinin Samir Rəhimov mövzü ətrafında geniş çıxış edərək, problemin həllinə kömək üçün ictimai fəaliyyət, insanlar arasında təbliğat, KİV-də bu istiqamətdə məqsədyönlü fəaliyyət, məktəblərdə, məscidlərdə, iş yerlərində ictimai davranış mədəniyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyətlərin göstərilməsi vacibliyini qeyd ediblər. Tədbirin sonunda iştirakçılara mövzunu əhatə edən buklet, papaq və köynəklər paylanıb.

[gallery columns="5" ids="174096,174097,174098,174099,174100"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol