Menu

Xədicə Ismayilova təkrar istintaqda

19.02.2014, 13:03
Xədicə Ismayilova təkrar istintaqda

“Azadlıq” radiosu Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılova çərşənbə günü təkrar istintaqa çağırılıb. Bu haqda Turan-a X.İsmayılova bildirib.

Jurnalistin dövlət sirrini yayması faktı üzrə Cinayət Məcəlləsinin 284.2-ci maddəsilə cinayət işi qaldırılıb. Jurnalisti vəkili Elton Quliyev müşayət edir.

İlkin dindirilmə fevralın 18-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində olub, bu gün təkrar istintaq olacaq.

X.İsmayılova öz “Facebook” səhifəsində guya məxfi deyilən sənədin foto-surətini yayıb. Həmin sənədin dövlət sirrini əhatə etdiyi iddia olunur və bu əsasda fakt üzrə cinayət işi qaldırılıb, jurnalist istintaqa cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol