“Su-24” təyyarəsinin vurulmasından sonra gərginləşən Türkiyə-Rusiya münasibətləri Moskvanın Ankaraya tətbiq etdiyi iqtisadi sanksiyalarla bir az da pisləşdi. Sanksiyalara ilkin münasibətində Türkiyə baş naziri Əhməd Davudoğlu Rusiyanı daha soyuqqanlı olmağa çağırdı. Və xəbərdarlıq etdi ki, Kremlin bu addımından təkcə Türkiyə yox, həm də Rusiyanın maraqları zərər görəcək.
Azadlıq.info -nun məlumatına görə, Davudoğlunun bu açıqlamasından bir neçə saat sonra Türkiyə Rusiya gəmilərinin Bosfor boğazından keçməsinə məhdudiyyət qoydu. Bundan cəmi bir gün əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, əgər Türkiyə boğazları rus gəmilərinin üzünə bağlayarsa, bu, Rusiya üçün qiyamət ssenarisi olar. Göründüyü kimi, Türkiyə bu ssenarini Rusiyanın gözlədiyindən daha tez gerçəkləşdirdi.
Məlumatlara görə, Rusiya gəmiləri Bosfor boğazına daxil olmaq üçün 14 saat gözləməli olublar. Həmin saatlarda digər ölkələrin gəmilərinin heç bir problem yaşamaması onu göstərir ki, Türkiyənin məlum addımı məqsədli olub. Bu isə rəsmi Ankaranın Türkiyəyə tətbiq olunan iqtisadi sanksiyalara görə Rusiyanı cəzalandırdığını göstərir. Sanksiyalarla yanaşı, Türkiyəyə məxsus TIR-ların Ukrayna-Rusiya sərhədindəÿsəbəbsiz yerə gözlədilməsi də rəsmi Ankaranın ciddi narazılığına səbəb olmuşdu. Hazırda Türkiyənin onlarla TIR-ı Çerniqovsk və Sumsk vilayətlərində səbəbsiz yerəÿgözlədilir. Rusiya onları öz ərazisinə buraxmır.
Türkiyənin Rusiya gəmilərinin Bosfor və Dardanel boğazından keçməsinə məhdudiyyət yaratması rusların Suriyadakı Hmeymim aviabazasını işini çətinə salacaq. Anlaşmaya görə, savaş təhdidi yaranarsa, Türkiyə boğazları tamamən bağlamaq hüququna sahibdir. Hələlik Türkiyə hökumətiÿ Rusiyaya nümayiş etdirməyə çalışır ki, Kremlin sərt addımları onun özünə də asan başa gəlməyəcək.


Şərhlər