Menu

Yeni ildə Azərbaycanda 5 gün iş olmayacaq

01.12.2015, 14:56
Yeni ildə Azərbaycanda 5 gün iş olmayacaq

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.

APA-nın məlumatına görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

2016-ci il 2 yanvar tarixi şənbəyə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 yanvar qeyri-iş günü olacaq.

Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün - 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol