Menu

Bakıda tunel üzərində daha bir parklanma yeri ləğv edildi

02.12.2015, 17:43
Bakıda tunel üzərində daha bir parklanma yeri ləğv edildi

ASC-nin Mətbuat katibliyindən verilən məlumata görə, parklanma yerinin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilib. Əraziyə nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq üçün giriş hissəyə beton maneə də qoyulub.

Bu cür addımların parklanma yeri kimi hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Bundan başqa, yolötürücülərin (avtomobil körpülərinin) alt hissəsində də mövcud parklanma yerlərinin ləğvi planlaşdırılır. Çünki bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır.

Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aidiyyəti üzrə müraciət olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol