Menu

İŞİD-çilər rus casusunu edam etdiklərini iddia edir

03.12.2015, 00:22
İŞİD-çilər rus casusunu edam etdiklərini iddia edir

İŞİD terror təşkilatı özünü Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX- FSB) agenti kimi təqdim edən adamın edam görüntülərini internetdə yerləşdirib. Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, videoda silahlılar Rusiyanı yeni qanlı hücumlarla hədələyirlər.

Video-yazıda qırmızı kombinezonda olan adam rus dilində deyir ki, ötən ilin yayında FTX tərəfindən Maykopda işə götürülüb, sonra isə İraqda İŞİD-in nəzarət elədiyi əraziyə atılıb. O, həmçinin əslən Qroznıdan olduğunu söyləyib.

FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzindən belə bir informasiyaya malik olmadıqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol