Menu

Rayonlarda güclü qar yağır

03.12.2015, 21:07
Rayonlarda güclü qar yağır

Dekabrın 3-də günorta saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinə intensiv qar yağır. Havanın temperaturu xeyli aşağı düşüb.

Bölgə müxbirləri xəbər verir ki, qarın intensivliyi Qax və Zaqatala rayonlarında daha çox müşahidə olunur. Dağətəyi kəndlərdə qarın qalınlığı getdikcə artır. Rayon mərkəzlərində də tədricən hər tərəf ağ örpəyə bürünür.

Yağan qar hələlik heç bir problem yaratmayıb. Avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti dayanmayıb.

Qarın yağması bu saatlarda da davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol