Menu

"Su-24-ün vurulmasının İŞİD-lə mübarizəyə aidiyyəti yoxdur" - Çavuşoğlu

03.12.2015, 21:28
"Su-24-ün vurulmasının İŞİD-lə mübarizəyə aidiyyəti yoxdur" - Çavuşoğlu

Mövlud Çavuşoğlu: “Su-24” təyyarəsi ilə bağlı hadisəni İŞİD-ə qarşı ümumi mübarizə ilə əlaqələndirmək lazım deyil

Türkiyənin hava məkanını pozmuş “Su-24” təyyarəsi ilə bağlı insidenti İŞİD-ə qarşı ümumi mübarizəmiz ilə əlaqələndirmək lazım deyil. APA-nın “RİA

Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra bildirib.

“Mən qeyd etmək istərdim ki, noyabrın 24-də Türkiyənin hava məkanının pozulması nəticəsində baş vermiş insident İŞİD-ə qarşı ümumi mübarizəmiz ilə əlaqələndirilməməlidir”, deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısı çərçivəsində baş tutan Çavuşoğlu-Lavrov görüşü Rusiyanın “Su-24” təyyarəsi vurulandan (noyabrın 24-dən) bu vaxtadək rəsmi səviyyədə baş tutmuş ilk təmasdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol