Prokurorluğa təqdim etmək isə indi "yadına düşüb"
Deputat Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılın səs yazısını bu gün prokurorluq orqanlarına təqdim edib. APA-nın məlumatına görə, Osmanlı bu barədə “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. C. Osmanlı bildirib ki, X. İsmayılın Art Garden restoranındakı görüşünün audio yazısı olan şəxsi telefonunu bu gün prokurorluq orqanlarına təqdim edib.
C. Osmanlı “facebook” səhifəsində yazıb: “Mən Brüsseldə səfərdə olan zaman jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz “facebook” səhifəsində yad etdi. “Jurnalist” Xədicə İsmayılın Art Garden restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa tәqdim etdim. Xәdicә xanımın yüksәk sәslә danışdığını hәr kәs bilsin deyә”.
Osmanlı daha sonra belə bir sonluq yazıb: “Vәtәnә xәyanәt bağışlanılmır!!!”. C. Osmanlı APA-ya açıqlamasında statusu özünün yazdığını təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda X. İsmayılın ABŞ xüsusi xidmət orqanlarının iki nümayəndəsi ilə İçərişəhərdəki ART Garden restoranında görüşdüyü və onlara Azərbaycan müxalifətindən hakimiyyətə işləyən “casusların” siyashının təqdim etdiyi barədə yazılmışdı. Həmin məlumatlarda görüşün keçirildiyi vaxt Ceyhun Osmanlının da eyni restoranda olduğu vurğulanmışdı.
Marqlıdır, Ceyhun Osmanlı bunu hansı statusda edirmiş? Bir də maraqlıdır niyə indiyə qədər telefonunu prokurorluğa təqdim etməyib. Bu vaxta qədər səs yazısın saxlayıb hər gün qulaq asırmış? X. İsmayılın “Vәtәnә xәyanәt" etdiyi niyə belə geç yadına düşüb? Özü də deputatdı...


Şərhlər