Menu

Türkiyə Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

04.12.2015, 09:20
Türkiyə Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Türkiyə Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, TASS xəbər verir.

Bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısında çıxışı zamanı bildirib.

“Türkiyə Krımın da daxil olduğu Ukraynanın müstəqilliyinə, suverenliyi, ərazi toxunulmazlığı anlamına hörmətlə yanaşılmasını istəyir”, deyə Mövlud Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısı çərçivəsində Türkiyə və Rusiya XİN rəhbərləri arasında görüş baş tutub. Görüş 40 dəqiqə davam edib. /oxu.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol