Menu

“Texnikabank”ın Müşahidə Şurasının tərkibi açıqlanıb

04.12.2015, 16:34
“Texnikabank”ın Müşahidə Şurasının tərkibi açıqlanıb

Bu gün “Texnikabank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, iclasda qəbul olunan qərara əsasən, Müşahidə Şurasının tərkibi 3 nəfərdən 5 nəfərə yüksəldilib. Yeni üzvlər Yelmar İskəndərov və Allahverdi Dəmirovdur.

Xatırladaq ki, “Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol