Menu

ABŞ dövlət katibi ilk dəfə Şimalı Kiprə səfər edib

04.12.2015, 22:22
ABŞ dövlət katibi ilk dəfə Şimalı Kiprə səfər edib

ABŞ-ın dövlət katibi Con Kerri ilk dəfə olaraq Şimali Kiprə səfər edib. Kerri Şimali Kiprin prezidenti Mustafa Akıncı ilə görüşüb. Akıncı bildirib ki, görüşdə Kerri ABŞ-ın Kipr probleminin tezliklə həlli üçün dəstək ifadə edilib.

Kerri isə Kipr adası ilə bağlı problemin həllinə indi daha çox ümid etdiklərini bildirib. Dövlət katibi həmçinin Cənubi Kipr rəhbəri Nikos Anastasiadislə görüşüb və danışıqlarda irəliləyişin olduğunu qeyd edib.

Görüşdən sonra onlar BMT-nin nəzarəti altında neytral zonada keçirilən Cənubi və Şimali Kipr gəncləri arasında basketbol yarışına qatılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol