Menu

Kiyevdə onlarla əsgər müxalifət tərəfinə keçib - CANLI

20.02.2014, 12:30
Kiyevdə onlarla əsgər müxalifət tərəfinə keçib - CANLI

İğtişaşlar zamanı bir neçə nəfərin öldüyü bildirilir

Kiyev Maydanında yenidən toqquşmalar başlayıb. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, etirazçılar daxili qoşunların əsgərlərini Həmkarlar İttifaqı binasından Avropa meydanına doğru sıxışdırırlar.

Aksiya iştirakçılarının daş parçaları və “Molotov kokteyli” atdıqları bildirilir.

Artıq əraziyə təcili tibbi yardım briqadaları çağırılıb. Buna səbəb toqquşmalar zamanı yaralananların olmasıdır.

Kiyevdə daxili qoşunların onlarla əsgəri Maydanın özünümüdafiə qüvvələrinə təslim olub.

Onlar təhlükəsizlik təminatı aldıqdan sonra bu addımı atmağa razılıq veriblər.

Digər məlumata görə, deputatlar Ali Radadan təxliyə olunur. Deputat Vladimir Litvin bildirib ki, deputatlar və parlamentin əməkdaşları binanı tərk edirlər.

Həmçinin etirazçıların Ukrayna Evini ələ keçirdikləri və güc strukturları təmsilçilərinin oradan qaçdığı bildirilir.

“Senzor.net” saytı isə snayper tərəfindən etirazçılara atəş açdığı barədə xəbər yayıb. Xəbərə görə, “Kozatski” oteli yaxınlığında 5 meyit var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol