Onsuz da Rusiyadan gələn tursitlərin sayında azalma müşahidə olunurdu. Turizm sahəsinin böhranla üz-üzə qalmaması üçün hər şeyi edəcəyik.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Mədəniyyət və Turizm naziri Mahir Ünal turizm sahəsində çalışan iş adamları ilə görüşündə deyib.
“1 il yarımdır ki, Rusiyadan gələn turistlərin sayında ciddi şəkildə azalma müşahidə olunur. Buna səbəb kimi Rusiya daxilində yaşanan iqtisadi problemləri göstərmək olar. Ona görə də turizm sahəsində lazımı tədbirləri görəcəyik. Yalnız Antalya deyil, Türkiyənin bütün vilayət və şəhərləri turizm sektoru üçün açıq olmalıdır. İlk növbədə sözügedən sahədə struktur dəyişiklikləri etməliyik", - deyə nazir bildirib.


Şərhlər