Menu

Ermənistanda konstitusiya islahatına “hə”

07.12.2015, 08:57
Ermənistanda konstitusiya islahatına “hə”

Ermənistan Mərkəzi Seçki Komissiyası bildirir ki, ilkin nəticələr seçicilərin konstitusiyaya dəyişikliklərə səs verdiyini göstərir. Bu dəyişiklər nəticəsində Ermənistanın prezident sistemindən parlament sisteminə keçəcəyi gözlənir.

Dekabrın 6-da keçirilmiş referendumda bülletenlərin 93 faizi sayılıb. Rəsmi məlumata görə, 63.5 faiz dəyişikliklərin lehinə səs verib. İslahatı prezident Serzh Sarkisian təklif edib.

Müxalifətin fikrincə, məqsəd Sarkisian-ın 2018-ci ildə prezidentliyi bitəndən sonra da hakimiyyətdə qalmasını təmin etməkdir.

Müxalifətin Ermənistan Milli Konqresi komissiyanın ilkin nəticələrini rədd edib. Müxalifət səsvermə günü ciddi pozuntuların olduğunu bəyan edir. /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol