Menu

XVI əsrə aid məscid yandırıldı - Video

07.12.2015, 17:05
XVI əsrə aid məscid yandırıldı - Video

Türkiyənin Diyarbəkir əyalətində Osmanlı dövrünə aid məsciddə terrorçu PKK silahlıları partlayış törədib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, terrorçular Diyarbəkir şəhərinin Fatihpaşa məscidinə (Kurşunlu came) əldə düzəldilən partlayıcı qurğu atıblar. Nəticədə yanğın baş verib.

Xəbərdə bildirilib ki, terror aksiyasınəticəsində məscidə ciddi ziyan dəyib.

Qeyd edək ki, bu məscid 1516-1520-ci illərdə, Osmanlı imperiyası dövründə tikilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol