Menu

Rubl son üç ayın ən aşağı səviyyəsində

07.12.2015, 18:37
Rubl son üç ayın ən aşağı səviyyəsində

Rusiya rublu, 69,30 rubl ilə dollar qarşısında son üç ayın ən aşağı səviyyəsinə enib.

Cümə günü keçirilən OPEC iclasında hasilatın azaldılmasına dair bir qərar çıxmaması səbəbindən neftin qiymətinin aşağı düşməsinin davam etməsi və Türkiyəyə tətbiq olunan ərzaq idxalı sanksiyalarının inflyasiya sürətləndirəcəyi narahatçılıqları ilə rublun dəyərdən düşməsi bu gün də davam edib.

Bu gün həftəyə 68,17-dən başlayan dollar/rubl məzənnəsi, 69,30 ilə 8 Sentyabrdan bu yana gördüyü ən yüksək səviyyəyə çıxandan sonra bu dəqiqələrdə 69-un üzərində qalır.

Xüsusilə, Türkiyənin hava məkanını pozan Rusiya təyyarəsinin 24 Noyabrda düşürülməsindən sonra dollar qarşısında zəifləyən rubl, bu günə qədər azalma tendensiyasını davam etdirərək o tarixdən bu yana 4,7 faiz dəyər itirib. /Marja

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol