Menu

Neft 2009-cu ildən bəri belə ucuz olmamışdı

07.12.2015, 20:11
Neft 2009-cu ildən bəri belə ucuz olmamışdı

Bu gün London birjasında Brent markalı neftin qiyməti 2009-cu ildən bəri ilk dəfə olaraq 42 dollardan aşağı düşüb.

2016-cı ilin yanvarı üçün nəzərdə tutulan fyüçers müqavilələri 42 dollardan aşağı qiymətə bağlanmağa başlayıb. Sonuncu dəfə neft 2009-cu ilin martında bu cür ucuz olub.

Brent nefti Bakı vaxtı ilə 19:45-də 41,35 dollardan satılıb. Brent nefti 4%-ə yaxın ucuzlaşıb.

ABŞ xam nefti isə 4,6% ucuzlaşaraq 38,18 dollara düşüb.

Neftin qiymətinin aşağı düşməsi Rusiya rublunun daha da zəifləməsinə səbəb olub. Moskva birjasında dolların kursu 69 rublu keçib, avronun kursu isə 75 rubla yaxınlaşıb. /Marja

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol