Dünya buddistlərinin ruhani lideri Dalay-lama İŞİD terror qruplaşmasının üzvləri ilə dialoq aparmağı təklif edib. Musavat.com-un məlumatına görə, bu barədə o, İtaliyanın “La Stampa” nəşrinə müsahibəsində bildirib.
Məlumata görə, ruhani lider terrorçulara “dialoq vasitəsilə qalib gəlməyi” təklif edib.
Dalay-lama təklifini belə əsaslandırıb ki, islam – sülh dinidir. Onun sözlərinə görə, kim dözümsüzlük göstərirsə, öz etiqadına ziyan vurur.
Az öncə ABŞ prezidenti Barak Obama bildirişdi ki, İŞİD-in islam dininə aidiyyəti yoxdur və ondan ən çox əziyyət çəkən elə müsəlmanlardır.


Şərhlər