Menu

İran yeni raketini sınadı

08.12.2015, 09:56
İran yeni raketini sınadı

İran yeni, orta mənzilli "Qədr-110" ballistik raketinin sınaqlarını keçirib.

Milli.az Fox News-a istinadən bildirir ki, bunu ABŞ Müdafiə Nazirliyinin yetkilisi söyləyib.

Onun sözlərinə görə, sınaqlar İranın cənub-şərqində, Pakistanla sərhədin yaxınlığındakı Çobahar limanının yaxınlığında olub.

Raket Oman körfəzinin yaxınlığındakı poliqondan buraxılıb.

"Qədr-110" raketi 1500 km uçuş məsafəsinə malikdir və nüvə başlığı daşıya bilir.

Bu raket "Şahab 3"ün təkmilləşdirilmiş versiyasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol