Menu

"Krım tatarlarının vəziyyəti pisləşir"

08.12.2015, 10:28
"Krım tatarlarının vəziyyəti pisləşir"

Qarşıdakı günlərdə Birləşmiş Millətlər Təşkilatı Ukraynada insan hüquqlarının vəziyyətinə dair növbəti hesabatını təqdim edəcək. "Report" xəbər verir ki, bu barədə qurumun İnsan Hüquqları Şurasının baş katibinin köməkçisi İvan Şimonoviç Nyu-Yorkda keçirdiyi mətbuat konfransında məlumat verib.

O, həmçinin Krım tatarlarının vəziyyətinin pisləşməsi ilə bağlı narahatlığını bildirib. İ.Şimonoviçin sözlərinə görə, hesabatda Krım haqqında da məlumat olacaq: "Biz Baş Assambleyanın Ukraynanın, o cümlədən Krımın ərazi bütövlüyü haqqındakı qətnaməsini rəhbər tutacağıq".

Baş katibin köməkçisi Krım tatarlarının vəziyyətinin pisləşdiyini qeyd edib: "Problemin böyüməsinin səbəbi çoxlarında Krımın, elektrik enerjisi də daxil olmaqla, təchizatla bağlı problemlərində Krım tatarlarının rolunun olması təəssüratının yaranmasıdır. Xüsusi qeyd edirəm: təəssürat. Mən də problemin böyüməsindən danışıram. Belə ki, Krım tatarlarına qarşı zorakılıq və təzyiq aktları keçmişdə də baş verib".

BMT nümayəndəsi bildirib ki, yarımadada krım-tatar KİV-ləri bağlanılır, Krım tatarlarının liderləri Cəmilyev və Çubarov Krıma qayıda bilmir. O qeyd edib ki, ara-sıra Krım tatarlarının itkin düşməsi və öldürülməsi faktları olsa da, günahkarlar tapılıb cəzalandırılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol