Menu

Məsud Bərzani Mosuldakı türk əsgərlərindən danışıb

08.12.2015, 19:16
Məsud Bərzani Mosuldakı türk əsgərlərindən danışıb

Kürdüstan Regional Hökumətinin rəhbəri Məsud Bərzani Türkiyə əsgərlərinin Mosula göndərilməsindən sonra başlayan müzakirələrə dair açıqlama verib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Şimali İraqdakı Kürdüstan Regional Hökumətinin rəhbəri Məsud Bərzani Mosulun Başika bölgəsinə Türk əsgərlərinin gəlməsinə dair Ankara ilə Bağdad arasında müqavilə olduğunu bildirib: “Biz Türkiyə ilə İraq arasında Mosul ətrafında türk əsgərlərinin yerləşdirilməsinə dair müqavilənin olduğunu bilirik. Bu məsələ çox böyüdüldü. Sabah Ankara səfərimdə bu barədə danışacağam. Gələn əsgərlər İŞİD ilə savaşacaqsa, bu, çox yaxşı bir şeydir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol