Ukrayna hökuməti ilə müxalifəti arasında vasitəçi rolunu Vladimir Peskov oynayacaq
Dünya Ukraynada hökumətlə müxalifət arasında danışıqlar prosesində vasitəçi rolunu rusiyalı diplomat oynayacaq. Bu məqsədlə Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Viktor Yanukoviçin xahişi ilə insan haqları üzrə səlahiyyətli şəxs Vladimir Lukini Kiyevə göndərib.
"Vladimir Lukin zəngin diplomatik xidmət təcrübəsinə və hüquq müdafiəçiləri arasında nüfuza malik olan, böyük müxalifət-yönümlü partiyaya rəhbərlik etmiş bir diplomatdır" - deyə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qərarı belə açıqlayıb.
Rusiyanın Xarici İşlər Nazirliyi də Vladimir Lukinin vasitəçi qismində Kiyevə göndərildiyini təsdiqləyib.


Şərhlər