Menu

Beynəlxalq axtarışda olan şəxs ASAN Xidmətdə yaxalandı

09.12.2015, 13:09
Beynəlxalq axtarışda olan şəxs ASAN Xidmətdə yaxalandı

Saxlanılan şəxs Nərimanov polisinə təhvil verilib

Bakıda Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsindəki ASAN Xidmət mərkəzində baş verib. Mərkəzə sənəd almaq üçün müraciət edən Xaçmaz rayon sakini Bəxtiyar Yüzbəyovun Rusiya Federasiyası Dağıstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindəın beynəlxalq axtarışa verilməsi müəyyən edilib. B.Yüzbəyov saxlanılaraq Nərimanov polisinə təhvil verilib.

Bildirilir ki, B.Yüzbəyov Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə axtarışda olub.

Araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol