Menu

Ermənilərin atdığı mərmi partladı: 16 yaşlı yeniyetmə yaralandı

09.12.2015, 13:18
Ermənilərin atdığı mərmi partladı: 16 yaşlı yeniyetmə yaralandı

Ermənilərin Azərbaycanın Qazax rayonuna atdığı mərminin partlaması nəticəsində 16 yaşlı şəxs yaralanıb.

APA-nın yerlu bürosunun xəbərinə görə, Qazax rayonunun Quşçu Ayrım kənd sakini, 1999-cu il təvəllüdlü Sadıqov Tural Cavanşir oğlu sol əlin didilmiş-dağılmış odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Mərkəzdə yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

T. Sadıqov evin həyətinə düşən mərmini ermənilərin atdığını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol