Menu

Ermənilər yaşayış məntəqələrini atəşə tutdu - Müdafiə Nazirliyindən xəbərdarlıq

09.12.2015, 14:19

mn Defense_Ministry_Mudafie_Nazirliyi_albommnDekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın yaşayış məntəqələrini minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Dinc əhalinin yaşadığı kəndləri atəşə tutan düşmənin işğal olunmuş ərazilərdəki yaşayış məntəqələrində yerləşən döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək", - deyə açıqlamada bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol