Menu

​Nardaranda 1000-dən çox evə elektrik enerjisi verildi

09.12.2015, 16:08

nardaran_yazi_foto_281115_01Bakının Nardaran qəsəbəsinə elektrik enerjisinin verilişi bərpa edilib.

"Azərişıq" ASC-nin elektrik enerjisinin təchizatı ilə bağlı Nardaranda yaratdığı qərargahdan "Report"a bildirilib ki, elektrik enerjisinin bərpası ilə bağlı qərargaha 1500 müraciət daxil olub: "Bu müraciətlər əsasında 1000-dən çox evə SMS tipli sayğaclar quraşdırılıb, artıq həmin evlərə elektrik enerjisi verilir".

Məlumata görə, qərargahda abonentlərlə müqavilə bağlanılır, sayğaca yüklənilən vəsait əsasında elektrik enerjisi ilə təmin olunurlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol