Menu

Nazir yanğın yerinə ilk çatan gəmi kapitanının dəfn mərasimində - FOTO

09.12.2015, 20:30
Nazir yanğın yerinə ilk çatan gəmi kapitanının dəfn mərasimində - FOTO

Bu gün “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dəfn edilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dəfn mərasimində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, habelə nazirliyin şəxsi heyəti, daxili işlər nazirinin müavini polis general-leytenantı Oruc Zalov iştirak ediblər.

Qeyd edək ki, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində qəhrəmanlıqla iştirak etmiş FHN-in “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı V.Kryuçkov dekabrın 8-də ürək çatışmazlığından vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol