Menu

Əcnəbi mütəxəssislər "Günəşli"dəki yanğının söndürülməsinə başlayır

10.12.2015, 12:51
Əcnəbi mütəxəssislər "Günəşli"dəki yanğının söndürülməsinə başlayır

"“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülüməsi üçün cəlb edilən mütəxəssislər bu gündən işə başlayacaqlar. Onlar yerli mütəxəssislərlə birgə alovun söndürülməsi istiqamətində məsləhətləşmələr aparırlar. Günün ikinci yarısında işə başlayacaqları gözlənilir".

Bu barədə ans press-ə baş vermiş hadisəylə bağlı yaradılmış qərargahdan məlumat veriblər. Qərargahdan onu da bildirdilər ki, yanğın nəticəsində dənizdə itkin düşənlərin axtarışları davam etdirilir: "Hazırda axtarışları Fövqəladə Hallar Nazirliyinin helikopterlərindən başqa "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin də üç helikopteri həyata keçirir. AZAL-ın vertolyotları platformalara insanları daşıyır. Dənizin üzərində hansısa cəsəd gördüklərində dərhal FHN helikoperlərinə məlumat veririlər. Hava şəraiti ilə bağlı axtarışları müvəqqəti dayandıran helikopterlər də hazırda tam gücü ilə axtarışları davam etdirir. Gəmilərin və dalğıclar da öz işini görür. Ancaq hələlik itkin düşənlərdən heç birinin cəsədi tapılmayıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol