Menu

Daha iki ölkə də Rusiyaya qarşı birləşir

10.12.2015, 20:34
Daha iki ölkə də Rusiyaya qarşı birləşir

Rusiyanın təbliğatına qarşı Polşa ilə birgə mübarizə aparmalıyıq.Axar.az xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Devid Kemeron polşalı həmkarı Beata Şidlo ilə görüşündə deyib.

“NATO Şərqi Avropanı müdafiə etmək vəzifəsini Polşaya verib. Ukrayna böhranı və Rusiyanın təbliğatına qarşı Polşa ilə birgə hərəkət etməliyik”, - Kemeron bildirib.

Polşa Dövlət naziri Andrey Duda ilə də görüşən Kemeron Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılacağını deyib.

Qeyd edək ki, hər iki görüş Polşanın paytaxtı Varşavada baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol