Menu

Ərdoğan son nöqtəni qoydu: "Ordunu geri çəkmirəm"

10.12.2015, 22:43
Ərdoğan son nöqtəni qoydu: "Ordunu geri çəkmirəm"

2014-cü ildə İraq Baş naziri Heydər Abadi təlim məqsədilə bizdən əsgər tələb etdi. Hazırda türk əsgərlərinin Mosuldan geri çəkilməsi mümkünsüzdür.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsgərlərinin İraqın Mosul şəhərinə yerləşdirilməsi ilə bağlı olaya münasibət bildirərkən deyib.

“Rusiya Suriyanın Latakiya şəhərində yeni hərbi baza yaradır. Əvvəlcə bunu dünyaya izah etməlidir. Rusiya BMT Təhlükəsizlik Şurasında Türkiyənin İraqa hərbi müdaxiləsi ilə bağlı danışıqlar aparıb. Rusiya nə üçün oraya getdi? Bu da ayrı problemdir”, - Ərdoğan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol