Menu

"Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?" -Ərdoğan

10.12.2015, 23:34

erdoqan_704cba3ba58a6fd26da4e09e4bf87aBosniya və Herseqovinada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın Suriya siyasətini tənqid edib.

"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, regiondaki gərgin vəziyyətə diqqət çəkən R.T. Ərdoğan bildirib ki, Türkiyə ABŞ və digər ölkələrlə birgə terrorizmlə mübarizə aparır.

"Türkiyənin Suriya ilə 911 kilometr, İraqla isə 390 kilometr sərhədi var. Bəs Rusiya Federasiyasının bu ölkələrlə sərhədi var mı? Xeyir. Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?", - deyə Ərdoğan vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol