Menu

İctimai Televiziyada departament direktoru işdən çıxarıldı

11.12.2015, 13:31
İctimai Televiziyada departament direktoru işdən çıxarıldı

İctimai Televiziyanın “Yeni gün” Departamentinin direktoru Rauf Rəcəbov vəzifəsindən azad edilib. Modern.az saytına verilən xəbərə görə R.Rəcəbovun televiziyada başqa posta keçib-keçməyəcəyi hələ ki, dəqiq deyil.

Qeyd edək ki, Rauf Rəcəbov “Yeni gün”dən əvvəl İctimai Televiziyanın “Azsaylı xalqlar” Departamentinin direktoru kimi çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol